xeberler.org
xeberler.org

Sumqayıtda şəhid adını daşıyan bulaq bərbad vəziyyətdə: - “Bu qədər hörmətsizlik olar?!”

Dün, 13:16 6 dəfə baxılıb



Sumqayıtda şəhid bulağı baxımsız vəziyyətdədir.

Oxu.Az xəbər verir ki, bu barədə redaksiyamıza ünvanlanan müraciətdə qeyd olunub.

Söhbət şəhərin Nəriman Nərimanov küçəsi 20/47A ünvanında yerləşən bulaqdan gedir.

Sözügedən ünvanda yaşayan sakinlər 1992-ci ildə şəhid olmuş Ələsgər Cəmil oğlu Mustafayevin xatirəsini əbədiləşdirmək məqsədilə quraşdırılan bulağın yararsız vəziyyətdə olmasından təəssüfləndiklərini deyirlər:

“Şəhid bulağına suyun verilişi dayandırılıb. Bundan əlavə bulağın kənarları uçuq-sökük, su kranı isə qırılmış vəziyyətdədir. Şəhidlərimizin ruhuna hörmətsizlik etmək, onların adını daşıyan bulağa bu qədər laqeyd yanaşmaq nə qədər düzgündür?”

Həmin görüntüləri təqdim edirik:








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA