xeberler.org
xeberler.org

Qəhrəmanlar unudulmur..

Dün, 12:10 48 dəfə baxılıb


Qəhrəmanlıq etmək üçün...

Əlif Hacıyev.. Bu ad Azərbaycan sevgisi olan hər kəs üçün çox yaxşı tanışdır- hər bir vətəndaşımıza, lap elə bağça uşaqlarına da. O, az ömründə böyük qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucalmış, cismən Şəhidlər Xiyabanında torpağa qovuşsa da, şücaəti və mərdliyi ilə xalqımızın qan yaddaşına, əbədiyyətə köçmüşdür.
Bu gün ad günüdür Milli Qəhrəmanımız Əlif Hacıyevin. Bir daha ehtiramla xatırlayırıq, yad edirik onun ölməz ruhunu.. Belə insanlar təkcə ad günündə xatırlanmamalıdır, hər gün, hər an- nə qədər cənnət Qarabağımız, laləzar torpaqlarımız şərəfsiz erməni tapdağındadır- belə insanlar bizi o torpaqlar uğrunda savaşa səsləyən, vicdanımızı, döyüş ruhumuzu tərpədən müqəddəs Ruh kimi, örnək və nümunə kimi daim xatırlanmalıdır. Unutmamalıyıq ki “Milləti millət edən onun yaddaşıdır”.. (M.K. Atatürk).
Ə.Hacıyev erməni vandalizminin, erməni saxtakarlığının və fitnəkarlığının nə olduğunu hələ Qarabağ savaşından xeyli əvvəl- 1984-cü ildə öz taleyində əzablı şəkildə yaşayaraq gənc yaşlartından məhbəs həyatı yaşamağ məcbur olmuşdur. O, erməni xislətinin nə olduğunu, xalqımıza nifrətinin dərəcəsini və torpaqlarımızda gözü olduğunu, uzaqvuran niyyətlərinin nə olduğunu çox gözəl başa düşürdü. Ona görə də həbsxanadan birbaşa savaşa atıldı. Doğma yurdu Xocalının ən ağır məqamlarında o ön cəbhədə idi.. və sonadək vuruşdu. Şəhid oldu.. Doğma torpaq uğrunda müqəddəs savaşda Şəhid olmaq şərəfini yaşadı şərəfli ömründə.
Bu gün Şəhidlər xiyabanı xalqımızın üzləşdiyi ağır bəla- pandemiya ucbatından kütləvi tədbirlər üçün bağlıdır. Bu yalnız fiziki mənada bağlı ola bilər. Bu gün biz hamımız ruhən və qəlbən Əlif Hacıyevin narahat ruhunun uyuduğu müqəddəs məkandayıq- Şəhidlər xiyabanında. Söz veririk ki, sənin ölməz ruhunu sevindirəcəyik- biz müzəffər ordumuzla, qəhrəmanlığı sizdən öyrənən mərd oğullarımızın gücüylə, dövlətimizin iradəsi və qüdrətiylə doğma torpaqları geri qaytaracağıq.. O günlər çox uzaqda deyil... Sənin ruhunu Xocalıda yad edəcəyik- həmişə canlı kimi, zəngin qəhrəmanlıq məktəbi kimi...

Ruhun şad olsun Milli Qəhrəmanımız ölməz ƏLİF HACIYEV !...











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA